Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Konstitusiyamızın qəbul edilməsinin 27-ci ildönümündə Azərbaycan tarixinin ən şanlı günlərini yaşayır

Konstitusiyamızın qəbul edilməsinin 27-ci ildönümündə Azərbaycan tarixinin ən şanlı günlərini yaşayır


12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Müstəqil Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib. Bu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi.

Konstitusiyamızın qəbul edilməsinin 27-ci ildönümündə Azərbaycan tarixinin ən şanlı günlərini yaşayır. Vətən Müharibəsində qələbə ilə konstitusiyamızın mühüm qanunlarından birini təmin etdik. Artıq Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

Konstitusiya günü münasibəti ilə xalqımızı təbrik edir, müstəqil dövlətimizin daha da güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayıram.

Ceyhun Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş