Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makron Prezident İlham Əliyevə zəng edib

Makron Prezident İlham Əliyevə zəng edib


Noyabrın 12-də Fransa Respublikasının Prezidenti Emanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Fransa Prezidenti noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib.

Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransanın iştirakı ilə dördtərəfli formatda keçirilmiş Praqa görüşünün nəticələri və bundan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib.

Dövlətimizin başçısı Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.
Xəbəri paylaş