Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyəzəndə narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 1 nəfər saxlanılıb

Siyəzəndə narkotik dövriyyəsinə qarşı  əməliyyatlar zamanı 1 nəfər saxlanılıb


Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Zəfər Qəniyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Zəfər Qəniyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Mehman
Xəbəri paylaş