Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyəzəndə traktorda meyit tapılıb

Siyəzəndə traktorda meyit tapılıb


Siyəzən rayonunun Balaca Həmyə kəndində traktorda meyit tapılıb.

Newscenter.az Report-a istinadən xəbər verir ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəlludlü Mahmudov Faiq Qasım oğlu idarə etdiyi traktorda ölü vəziyyətdə tapılıb.

Onun idarə etdiyi traktorun "Aqroservis" MMC-yə məxsus olduğu bildirilir.

Meyit tapılarkən üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. F.Mahmudovun ölüm səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş