İranın cənub-şərqində 4,6 bal gücündə zəlzələ baş verib.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Kirman şəhərindən 53 km şərqdə, ocağı isə 12 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.