Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbuldakı terror aktı seçki öncəsi Ərdoğana qarşı yönəlib

İstanbuldakı terror aktı seçki öncəsi Ərdoğana qarşı yönəlib


Türkiyə yenə terror hücumuna məruz qaldı. Bu gün İstanbulun İstiqlal meydanında baş verən partlayış nəticəsində ilkin məlumata görə, 6 nəfər həlak oldu, 50-dən artıq insan xəsarət aldı.

Newscenter.az-ın xəbərinə görə, baş vermiş hadisə ilə bağlı açıqlama verən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Türkiyənin İstanbul şəhərində baş verən terror aktı, seçki öncəsi cənab R.T.Ərdoğana və ümumilikdə dirçəliş dövrünü yaşayan bütün türk dünyasına qarşı yönəlib. Onun sözlərinə görə, sifarişçiləri ehtimal etmək çətin deyil, amma bunu icraçıların dilindən səslənməsi daha doğru olacaq:

"Başın sağ olsun Türkiyəm, daim yanındayıq. Türk dünyasının, o cümlədən Azərbaycanın da ətrafında kifayət qədər düşmən və rəqib qüvvələr var, onlar öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edə bilərlər. Hər birimiz ayıq sayıq olmalıyıq. Şübhəli vəziyyət barədə panikaya qapılmadan hüquq mühafizə orqanlarına məlumat verməliyik".

Anar
Xəbəri paylaş