Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Newscenter.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir Ə.Əsədov Türkiyənin İstanbul şəhərində törədilmiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
R.Mehdiyeva