İran-Azərbaycan münasibətlərinin hazırki gərgin vəziyyətində Azərbaycan vətəndaşlarının qonşu ölkəyə səfərlərinin ara verilməsinə ehtiyac var. Quru sərhəd bağlıdır, ancaq Bakı-Tehran təyyarə reysləri mövcuddur.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahino\lu deyib ki, İranda istənilən vətəndaşımızı qondarma ittihamla həbs edə bilərlər:
"Təsadüfi deyil ki, İran Xarici İşlər Nazirliyinə çağrılan Azərbaycan səfiri Əli Əlizadəyə “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilib. Tehran rejimi İranı bürüyən mitinq və küçə yürüşlərində “xarici iz” axtarır. Bu məqsədlə İranda müxtəlif ölkələrin vətəndaşları həbs olunur. Misal üçün Fransanın üst-üstə 7 vətəndaşını qısa fasilələrlə həbs ediblər. Bunu həm də diqqətin İran daxilindəki durumdan yayındırmaq üçün edirlər. Odur ki, hazırki şərtlər daxilində İrana səfər təhlükəlidir".
Anar Əliyev