Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq nüfuzumuz və regional əhəmiyyətimiz molla rejimini narahat edir

Beynəlxalq nüfuzumuz və regional əhəmiyyətimiz molla rejimini narahat edir


“Günü-gündən artan beynəlxalq nüfuzumuz və regional əhəmiyyətimiz molla rejimini dərindən narahat edir. Bunun bir neçə səbəbi var”.

Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, İranın siyasi hakimiyyəti 40 milyonluq Azərbaycan xalqından ehtiyatlanır:

"Bu səbəbdən də onları müxtəlif "qayda-qanunlar" çərçivəsində yaşamağa məcbur edir. Məsələnin digər tərəfi isə Bütöv Azərbaycandır. Molla rejimi tarixi ədalətsizliklər üzündən vaxtilə parçalanan və bir-birindən ayrı düşən Şimali və Cənubi Azərbaycanın və vahid Azərbaycan xalqının bir gün birləşəcəyinin qarşısı alınması mümkün olmayan tarixi proses olduğunu dərk edir. Digər tərəfdən cənub qonşumuz Zəngəzur Dəhlizinin açılmasına göz yummaq istəmir. Bu dəhliz region dövlətlərinin və ümumiyyətlə dünyanın maraqlarına uyğun gəlir. İran da bundan öz maraqları çərçivəsində yararlana bilərdi. Ancaq molla rejimi prosesi ləngitmək istiqamətini seçməklə böyük məhrumiyyətlərlə üzləşəcək".

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş