Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biləsuvarda İran təəssübünü çəkmək, qonşunun rəhbərlərinə ağa demək bir ayrıca utancdır-DEPUTAT

Biləsuvarda İran təəssübünü çəkmək, qonşunun rəhbərlərinə ağa demək bir ayrıca utancdır-DEPUTAT


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti vicdanını satan, heysiyyatını itirmiş dövlət düşmənləri ilə mübarizəni qətiyyətlə davam edir. Əziz soydaşlar, indi görürsünüzmü sosial şəbəkələrdə "din pərdəsi altında" İranı müdafiə edən, mübahisə aparan, söyüş təhqir yağdıran, dövlətin etibarını sarsıtmaq istəyənlər əslində kimlərdir və bu xainlər harda qidalanır? Ona görə də aktiv olun, ayıq olun, real həyatda söhbətlərindən, iddialarından, o cümlədən sosial mediada paylaşımlarından, şərhlərindən şübhə duyduğunuz şəxslərlə bağlı yerli orqanlara məlumat verin.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisinn deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, biz necəki, 44 günlük savaşda erməni vandalları və havadarlarını məhv etdik, eləcə də xainləri və onların təlimat aldığı çirkab və xəyanət yuvalarını da həmrəyliyimizlə məhv etməliyik:

"Qalib ölkəmizdə bu kimi insanlar nəinki səsini ucaldıb danışmamalı, ümumiyyətlə gözünü qaldırıb baxa bilməməlidir. İrana və dolayısı ilə Ermənistana kəşfiyyat məlumatları ötürməklə şəhidlərimizin qətlində əli olan xainləri ifşa edin, rədd edin! Mən xüsusən də təmsil etdiyim Biləsuvara üz tutmaq istəyirəm, unutmayın, Mübariz, Orxan, Nihat, Cavid, Hikmət və daha yüzlərlə övladı şanlı yol keçmiş qəhrəmanlar diyarında İran təəssübünü çəkmək, qonşunun rəhbərlərinə ağa demək bir ayrıca utancdır. Qanla yoğrulub vətən olan bu torpaqda xainlər gəzməməlidir".

Bəhruz Məhərrəmov eyni zamanda yolunu azmış, cənub şeytanına uymuş vətəndaşlara xitabən bunları deyib:

"Əmin olun ki, hamınız tək-tək ifşa olunaraq müttəhimlər kürsüsünə çıxacaqsız. Amma bilin ki, xilas olmaq, normal vicdanlı həyata qayıtmaq şansınız var. Nə qədər ki, gec deyil özünüz təslim olun. Cinayət Qanunvericiliyi imkan verir ki, xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya dövlətimizin mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, eyni zamanda onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur. Düşünün və seçiminizi edin, özünün və ailənin bir ömür boyu xain damğası ilə yaşaması, həbsxanalarda sürünmək, yoxsa qalib ölkənin şərəfli vətəndaşı olmaq. Seçim sizindir".

Anar Əliyev
Xəbəri paylaş