7news.az saytının təsisçisi və baş redaktoru Səbuhi Abbasov Milli Məclisin deputatı Anar Məmmədovla bağlı maraqlı paylaşım edib. Oxucuların marağına səbəb olacaq həmin paylaşımı Newscenter.az olaraq təqdim edirik:
Səbuhi Abbasov iddia edir ki, millət vəkili Anar Məmmədov tikinti maqnatına çevrilməkdədir və bunları dövlət büdcəsinə qənim kəsilməklə edir:
"Adamın şəxsən rəhbərlik etdiyi "Amazon" şikəti Qarabağdakı tenderlərə özünü daxil edə bilib. Ayrı-ayrı şəxslərin texnikalarını işlədir, dövlətdən pulunu alır, sonra texnika sahiblərinə qara qəpik vermədən qırıq-salxaq texnikaları təhvil verir. Çox yaxın insandan kran sifariş verib, rəsmi müqavilə bağlanıb, aylıq icarə müəyyən edilib, 4 ay sonra kranı gətirib tullayıblar həyətlərinə, özünə də bir qəpik verməyiblər".
Baş redaktor deyir ki, Anar Məmmədov özü də qaynatası ilə birlikdə "Amazon" şirkətinin ofisində oturur:
"Bu özbaşınalıqlar birbaşa YAP-dakı islahatları puç edir, yeni kadrlara olan inamı sıfıra endirir. Ən əsası, Ali Baş Komandanın xalq arasındakı nüfuzunu xərcləyir, həm də Qarabağ adı ilə. Dünyadaka baş verən geosiyasi proseslərə baxın, bizim yeni kadrlarımıza baxın. Bunlarnan sizcə hara qədər getmək olar? Qarabağ adı ilə millətin qanını soran kim olursa olsun, xəyanətkardır. Deputatın biznes fəaliyyəti tam başqa mövzudur".
P.S.Redaksiya olaraq deputat Anar Məmmədovun da mövqeyini dərc etməyə hazırıq.
Mehman