“Terrorçular və onların arxasında dayananlar cavab verəcəklər”.
Newscenter.az-ın məlumatına görə, “Report” “CNN Türk”ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O söyləyib ki, Türkiyədə və qonşu ölkələrdə terrorçulara qarşı mübarizə davam edəcək.
Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan 55-i artıq evə buraxılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.