Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda kafedə partlayış olub

Paytaxtda kafedə partlayış olub


Bakıda kafedə partlayış olub.

Newscenter.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, yanğınla nəticələnən partlayış hadisəsi paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 m² olan kafenin mətbəxində qeydə alınıb.

Belə ki, yanğın nəticəsində mətbəxdə olan 2 ədəd soba, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və bacada yağ qalıqları yanıb. Kafenin qalan hissəsi və hər birinin həcmi 50 litr olan 2 ədəd məişət qaz balonu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qaz balonundan sızma nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mehman
Xəbəri paylaş