Prezident İlham Əliyevin İranla və güney azərbaycanlılarla bağlı son açıqlamaları Tehran rejimini silkələyib. İ
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, İran parlamentində rejimə bağlı bir qrup millət vəkili İlham Əliyevi və Azərbaycanı hədəf alan açıqlamalar veriblər:
"İçərilərində bəziləri köhnə nağılı təkrarlayıblar: “Gülüstan müqaviləsinə görə Azərbaycan İrandan ayrılıb”. Mitinq və küçə yürüşlərində həbs olunanlara ölüm cəzası təklif edən parlamentin Gülüstan müqaviləsi haqqında danışması gülüncdür. İran rejiminə qulluq edənlər inkarçıdırlar".
Politoloq deyib ki, İran Rusiyaya Ukraynanı bombalamaq üçün dronlar verir:
"İran maşınları Qarabağa qanunsuz yüklər daşıyırdılar, deyirdilər ki, “belə bir şey olmayıb”, imkanları olsa Urmiya gölünün qurumadığını da söyləyərlər".
Anar Əliyev