Azərbaycanın pedaqoji ictimaiyyətinə ağır itki üz verib. Ölkəmizin təhsil quruculuğunda xidmətləri olan tanınmış alim, təhsil mütəxəssisi Rəfiq Tağı oğlu Qəndilov noyabrın 13-də 76 yaşında vəfat edib.
Newscenter.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmirullayev sosial şəbəkə hesabında paylaşım edib. Nazir qeyd edib ki, ömrü boyu çalışdığı elm və təhsil sahəsinə sədaqətlə xidmət göstərən Rəfiq Tağı oğlu Qəndilovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət etsin!