Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə inkişaf etdikcə ona qarşı təhdidlər də artır

Türkiyə inkişaf etdikcə ona qarşı təhdidlər də artır


Qardaş Türkiyə terrordan ən çox əziyyət çəkən dövlətlərdəndir. Türkiyə inkişaf etdikcə ona qarşı belə təhdidlər də artır.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. Millət vəkili bildirib ki, qlobal qeyri-müəyyənliyə və yüksək idxal inflyasiyasına baxmayaraq Türkiyədə bu ilin ilk yarısında iqtisadiyyat 7.5 % böyüyüb. 2022-ci ildə qardaş ölkədə ÜDM-in 5.0 % artacağı proqnozlaşdırılır:

"Tarixi taxıl anlaşması kontekstində Türkiyə hazırda müharibə edən Rusiya və Ukraynanı bir araya gətirən yeganə ölkədir. Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündən qısa müddət sonra İstanbulda terror aktının törədilməsi də xeyili suallar yaradır. Türk dünyası gücləndikcə belə hədələr də artır. Amma Türkiyə, bütövlükdə isə Türk dünyası indi daha güclüdür. Bu gücün qarşısında hətta terror da məğlub olacaq. Biz hər zaman sizinləyik, Türkiyə".

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş