27 sentyabr 2020-ci il tarixdə Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Prezident cənab İlham Əliyevin əmri ilə əks hücuma keçən Şanlı Ordumuzun qəhrəman zabit və əsgərləri düşməni məhv edərək, 30 ilə yaxın düşmən tapdağı altında qalan şəhər və kəndlərimizi ard-arda işğaldan azad etmə əməliyyatlarına başladı. Dünyaya səs salan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu hərbi və iqtisadi imkanların, eyni zamanda yüksək mənəvi gücünün dünyaya təqdimatı oldu. Bu 44 gün ərzində Azərbaycanın Müzəffər Ordusu bir addım belə geri çəkilmədi. Ermənistanın “yenilməz ordu” mifi darmadağın edildi. Cənubi Qafqazın ən güclü ordusu, dünyanın 50 ən güclü ordusundan biri – Azərbaycan Silahlı Qüvvələri ilə döyüş meydanında mübarizə aparmağın nə demək olduğunu Ermənistan və onun havadarları 44 gün ərzində dərk edə bildi. Erməni hərbçiləri zorla postlara qandallandıqları halda Azərbaycan Ordusu “öldü var, döndü yoxdu” şüarı ilə yalnız irəli gedirdi. Alınmaz qala olan Şuşanın azad olunması isə düşmənin rəsmən sonu oldu. Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarının əraziləri, Xocavənd rayonunun bir sıra kəndləri, o cümlədən Hadrut qəsəbəs işğaldan azad edildi. Dünya döyüş tarixində misilsiz hünər göstərən qəhrəman əsgərlərimiz tərəfindən torpaqlarımız erməni terrorçularından azad edildi! Ordusunun tamamilə məhv olunduğunu görən Ermənistan 2020-ci il noyabrın 10-da üçtərəfli beyanatı imzalamağa məcbur oldu!
2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanmasından iki il ötür. Bu, Ermənistanın kapitulyasiyası idi. Bunu şərtləndirən əsas məqamlardan biri Azərbaycanın siyasi, iqtisadi və hüquqi baxımdan peşəkar, keyfiyyətli dövlət idarəetmə sistemi idi. Bu bəyanat Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatların məntiqi davamı postmünaqişə dövründə hərbi gücün yaratdığı diktənin diplomatiyaya keçidinə zəminlər yaradan strategiyanın başlanğıcı idi.
Son illərdə Ümumilli Lider Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin uğurlu davamının nəticələri göz önündədir. Azərbaycan dayanıqlı və davamlı inkişafı ilə dünyanın diqqətindədir. İqtisadi tərəqqi hər bir sahədə uğurlu addımların atılmasını şərtləndirdi. Azərbaycana hansı sahədən diqqət yetirsək böyük inkişafın, tərəqqinin, yeniliyin şahidi olarıq. İqtisadi tərəqqi ordu quruculuğu sahəsində mühüm addımların atılmasına yol açdı. İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyildi və bu gün də belədir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev verdiyi bütün sözləri yerine yetirir və xalqımız da bunların şahididir. Prezidentimiz bütün işğaldan azad olmuş torpaqlarımızda genişmiqyaslı yenidənqurma və bərpa işləri aparır.Füzuli rayonunda yeni yaşayış binalari, xəstəxana tikilib, yollar, elektrik xəttləri çəkilib, iş yerləri və.s açılıb. Hal-hazırda doğma yurd-yuvalarına həsrət qalan fizulililərin bir qismi mərhələlərlə öz torpaqlarına qayıdırlar. Fizuli heyatın yeni çiçəkli dövrünü yaşayır.
Bu gün Müzəffər Ali Baş Komandanın başçılığı altında Qarabağda görülən işlər göz önündədir. Qarabağda ikinci böyük hava limanının inşa edilməsi vətən müharibəsində qazandığımız qələbənin uğurlu nəticələrindəndir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilanda açılış mərasimində iştirak etməsi bu hadisənin nə qədər əhəmiyyətli və tarixi xarakter daşıdığını göstərir. Bu gün qardaş ölkə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir, keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Vətən müharibəsi başlayan ilk saatlardan Türkiyə Prezidenti Azərbaycanla həmrəyliyini ifadə etdi. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur
İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi kimi tarixdə əbədi qalacaq. Azərbaycanın tarixi qələbəsi ötən illər ərzində hazırlanan "Böyük Ermənistan" planını tamamilə fiaskoya uğradıb. Dövlət başçısı İlham Əliyev çox gözəl qeyd etmişdir ki, biz Azərbaycan xalqı bu Qələbəni həm peşəkarlıq, həm qəhrəmanlıq, eyni zamanda, milli ruh hesabına qazanmışıq: “Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq.”
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı