Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton Türkiyədəki terror aktını pisləyib

Vaşinqton Türkiyədəki terror aktını pisləyib


"ABŞ Türkiyənin İstanbul şəhərində bu gün (dünən - red) baş verən zorakılıq aktını qətiyyətlə pisləyir".

Newscenter.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer tviter hesabında yazıb.

Ağ Ev rəsmisi terror aktında yaralananlara şəfa diləyib, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib. “Biz terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”, - Ağ Evin mətbuat katibi sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, dünən Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.
Xəbəri paylaş