"Təcrübə onu göstərir ki, xaricdə dini təhsil almaq özünü doğrultmur".
Newscenter.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında səsləndirib.
Sədr müavini qeyd edib ki, həmin ölkələrdə verilən təhsil özlərinin siyasətinə xidmət edir, orda təhsil alan insanlar da istər-istəməz yad dini ideologiyanın təsirinə məruz qalırlar:
"Artıq 2018-ci ildən Azərbaycanda İlahiyyat Universiteti fəaliyyət göstərir və bizim milli dini kadrlarımız formalaşır".
Anar Əliyev