Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belçika Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir

Belçika Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir


“Belçika Avropa İttifaqının böyük rol oynadığı Azərbaycan və Ermənistan arasında sülh prosesinin inkişafını dəstəkləyir”.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans Belçika Kralı Gününə həsr olunmuş tədbirdə deyib.

Səfir ikitərəfli münasibətlərin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Onun sözlərinə görə, ölkələr arasında siyasi səviyyədə daimi təmaslar var, iqtisadi göstəricilər isə yüksəlir: “Bu il, həmçinin Belçika ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. Bununla bağlı xüsusi fotosərgi təşkil olunub”.

Tədbirdə iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov Belçikanın bir sıra şirkətlərinin Azərbaycanda təmsil olunduğunu diqqətə çatdırıb.

O bildirib ki, işğal olunmuş ərazilərin azad edilməsi nəticəsində regionda yeni reallıqlar yaranıb.

“Azərbaycanda işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin geri qaytarılması istiqamətində genişmiqyaslı işlər aparılır. Bundan əlavə, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində işlər aparılır. Biz bütün bu proseslərin əhəmiyyəti barədə Belçikanı və digər ölkələri məlumatlandırmışıq”, - F.Qurbanov vurğulayıb.
Xəbəri paylaş