Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub


Azərbaycan və Gürcüstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub.

Newscenter.az-a Müdafiə Nazirliyindən bildirilib ki, Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qori şəhərindəki David Ağmaşenebeli Milli Müdafiə Akademiyasını ziyarət edib.

Müdafiə naziri akademiyanın rektoru briqada generalı Mamia Balaxadze ilə görüşüb. Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi, eləcə də bu sahənin inkişaf perspektivləri müzakirə olunub.

Sonra general-polkovnik Z.Həsənov akademiyanın “Şərəf kitabı”nı imzalayıb.

Milli Müdafiə Akademiyası ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov kursantların idman yarışını izləyib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Anar Əliyev
Xəbəri paylaş