Noyabrın 15-17-si tarixlərində Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb.
Newscenter.az-a Azərbaycan Ağır Atletika Federasiyasından bildirilib ki, yarışda 16 ölkədən 72 atlet çıxış edir.
Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Körpücük üzərinə ilk olaraq Nazilə İsmayılova çıxıb. O, 49 kq çəki dərəcəsində yarışıb. İdmançımız toplam 127 kq (55+72) nəticə ilə bu çəki dərəcəsində bürünc medala sahib çıxıb.
Oruc