“Biz dünyanı hissələrə bölməməliyik. Dünyanın başqa bir soyuq müharibəyə getməsinə imkan verməməliyik”.
Newscenter. az “Report”-a istinadən xəbər verir ki, bunu İndoneziya prezidenti Coko Vidodo G20-nin Balidə keçirilən sammitinin açılışında çıxışı zamanı deyib.
“Bizim hamımızın təkcə xalqlarımız qarşısında deyil, bütün dünya xalqları qarşısında da məsuliyyətimiz var. Bu vəziyyətdə məsuliyyətli olmaq o deməkdir ki, biz müharibəni dayandırmalıyıq.
Müharibə bitməsə, dünyanın irəliləməsi çətin olacaq. Müharibə dayandırılmasa, növbəti nəsillərin gələcəyi üçün məsuliyyət daşımaq bizim üçün çətin olacaq” - deyə, o bildirib.