"İran ölkəmizə qarşı bütün istiqamətlərdə düşmənçilik siyasəti aparır. Bu ölkənin əsas məqsədləri ölkədə silahlı terror aktları həyata keçirməklə, siyasi hakimiyyəti devirmək olub".
Newssenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O qeyd edib ki, ölkəmizdə təkcə İran deyil, Rusiyanın agentura şəbəkəsinin olduğu barədə də məlumatlar var:
"Onların həbs edilməsi zamanı da gələcək. Uzun illər Rusiya və İran ölkəmizdə casus şəbəkəsi qurub və onları kifayət qədər gücləndirib".
Politoloq onu da deyib ki, İran uzun illərdi ki, Qum şəhərində Azərbaycana qarşı casuslar yetişdirir:
"Ölkəmizdə casus şəbəkəsinin ifşası göstərir ki, İran Azərbaycana qarşı Ermənistanın həyata keçirdiyi düşmən siyasəti ilə eyni hərəkət edir. İranın ölkəmizdə səfirliyi casus şəbəkəsinin idarə edilməsi və silahli terrorçu qrupların əsas mərkəzi olub".
Anar Əliyev