Polşanın Ukrayna ilə sərhəddən 5 km məsafədə yerləşən Pşevodov kəndində partlayış olub.
Newscenter.az-ın məlumatına görə, “Report” Polşa KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub.
NATO üzvü olan Polşanın ərazisindəki partlayışın Rusiyanın Ukraynaya bugünkü genişmiqyaslı raket hücumu ilə əlaqədar olduğu güman edilir.