Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı Azərbaycana rəsmi səfərə dəvət edib.
Newscenter.az-ın xəbərinə görə, Prezident İlham Əliyev albaniyalı həmkarı ilə birgə mətbuata bəyanatı zamanı çıxışının sonunda deyib:
"Çıxışımın sonunda mətbuat qarşısında Sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Bir daha dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm".
Anar Əliyev