Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə qarşı "embarqonun" tətbiqinə baxılması təklif edilir. Bundan əlavə, qətnamədə "Artsax" müstəqilliyi məsələsi də qabardılmaqla Azərbaycanın ərazi bütövlüyü, Qarabağı ərazisi sual altına qoyulur, və ölkə suverenliyinə hörmətsizlik ifadə olunur.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay bildirib ki, Fransa Senatının bu addımı təbii, ermənipərəst dairələrin və lobbisinin maraqlarına hesablanıb və Fransa kimi bir demokratik Avropa dövlətini Cənubi Qafqazda konflikt tərəfinə çevirməkdir. Onun sözlərinə görə, düz 30 il Azərbaycan torpaqlarının Ermənistan tərəfdən, işğalına, əhalisinin qovulmasına göz yumub, Azərbaycanı "təcavüzkar" çıxarmaqdır, tamamilə haqq-ədalətsiz, hüquqsuz və qərəzli:
"Ancaq onu da qeyd edim, bu, qətnamə çağırış tövsiyə və məsləhət xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil. 2020-ci ildə, noyabrda da Fransa Senatı belə bir qətnamə qəbul etmişdi. Həmin qətnaməni Fransa hökuməti iqnor edib kənara qoydu. Və Azərbaycanla qarşı getmədi. Ümumiyyətlə, məsələyə geniş baxsaq, Fransa dövlətinin, hökumətinin hansısa mövqeyi olsa belə, bunu heç də Avropanın, Qərbin mövqeyi hesab etmək olmaz. Fransa mütəmadi və həm tarixən Qərbin mövqeyindən fərqli, ambisiyalı, "başından böyük" çıxış edir, imkanından fərqli. Və həmişə də çətinə düşəndə Qərb, Britaniya və ABŞ onu xilas edib. 2-ci Dünya Müharibəsi əvvəli tutduğu "fərqli" mövqe və sonradan isə düşdüyü faciədən yalvarışla çıxarılması misalı".
İlqar Altay hesab edir ki, ABŞ, Avropa yenə də, Fransanın Azərbaycana qarşı ikiüzlü sürüşkən, qeyri-sabit, qeyri-ciddi mövqeyinə fikir vermir. Azərbaycanla tərəfdaş və əməkdaşlığında, inteqrativ əlaqələrindədir.
Anar Əliyev