Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın dövlət katibi: "Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yaranıb"

ABŞ-ın dövlət katibi: "Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yaranıb"


ABŞ-ın dövlət katibi Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu açıqlayıb.

Newscenter.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Dövlət katibi ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini söyləyib.

Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.

Anar Əliyev
Xəbəri paylaş