Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın dinamik inkşafı və dünyada nüfuzunun artması Fransanı narahat etməyə başlayıb

Azərbaycanın dinamik inkşafı və dünyada nüfuzunun artması Fransanı narahat etməyə başlayıb


Noyabr ayınının 15-də Fransa Senatında Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamənin qəbul edilməsi nəinki Fransa adına ümumilikdə dünya siyasəti adına böyük bir biabırçılıqdır. Belə qətnamənin qəbulu böyük təəssüf hissi doğurmaqla yanaşı şiddətli şəkildə qınanılmalıdır. Erməni lobbisinin maraqlarına xidmət edən bu qətnamə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Heç bir hüquqi əsası olmayan qətnamənin qəbulu regionda sülhün bərqərar olmasına böyük bir zərbədir. Eyni zamanda Fransa Senatının qəbul etdiyi qətnamə Fransanın Azərbaycana qarşı ikiüzlü və riyakar siyasətinin növbəti göstəricisidir. Hər zaman olduğu kimi bu dəfə də Fransa özü kimi işğalçı və terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanı açıq-aşkar, bütün beynəlxalq hüquq normalarını ayaqlar altına ataraq müdafiə etməkdən çəkinmir. Maraqlıdır demokratiya və haqq- ədalətdən dəm vuran Fransa dövləti niyə görə Ermənistanın 30 illik işğalı zamanı törətdiyi vəhşiliklər haqqında bir dəfə olsun belə səsini çıxarmadı, qətnamə qəbul etmədi? Niyə görə İkinci Qarabağ müharibəsi zamanı şəhərlərimizin Ermənistan tərəfindən raket atəşinə məruz qalmasına, mülki vətəndaşlarımızın həlak olmasına göz yumdu?

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, görünür Azərbaycan dövlətinin dinamik inkşafı və dünyada nüfuzunun günbəgün artması Fransanı narahat etməyə başlayıb. Bu səbəbdəndə bu cür biabırçı yola əl atmağa başlayıblar. Qeyd etmək lazımdır ki, qətnamənin qəbulunda Fransa prezidenti Emanuel Makronun böyük rolu vardır. Bu bir daha Fransa prezidenti Emanuel Makronun necə cılız bir siyasətçi və siyasətdə təsadüfi adam olmasını göstərir. Rəsmi Fransa birmənalı şəkildə anlamalıdır ki, bu cür ikiüzlü, riyakar və beynəlxalq hüquqa zidd olan siyasətin sonu uçurumdur. Fransanın 30 il ərzində BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə necə dəstək olduğu göz qabağındadır. Fransa, özünün də imza atdığı qətnamənin əleyhinə hərəkət etməklə nə qədər hiyləgər, çirkin əməllərə xidmət etdiyini və öz imzasına hörmət etmədiyini ortaya qoymuş oldu:

“Yaxşı olardı ki, Fransa Senatı heç bir hüquqi əsası olmayan, riyakar qətnamə qəbul etmək, terror dövləti olan Ermənistanı dəstəkləmək əvəzinə 50-dən çox ölkədə törətdiyi qətliamlar, işğallar, həmin dövlətlərin sərvətlərini talan etməsi haqqında düşünsün!”

R.Mehdiyeva
Xəbəri paylaş