Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Fransaya qarşı ciddi mövqe ortaya qoyması mütləqdir

Azərbaycanın Fransaya qarşı ciddi mövqe ortaya qoyması mütləqdir


Fransa sonuna qədər getməyi bacaran ölkə deyil. Ehtimal ki, Makron və Fransa hökümət səviyyəsində sonda senatın qətnaməsindəki bu bəndlər əsas götürülməyəcək. Onlar bununla sadəcə həm daxili publikada reytinq qazanmaq, həm də Azərbaycana qarşı təsir mexanizmi kimi bir qətnaməni arxivlərində saxlamaq istəyəcəklər.

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, amma Azərbaycanın Fransaya qarşı ciddi mövqe ortaya qoyması mütləqdir:

"İlk növbədə düşünürəm ki, birmənalı olaraq Fransa vasitəçiliyindən imtina etmək və Fransadakı səfirimizi bir müddətlik geri çağırmaq lazımdır. Daha sonra isə iqtisadi əlaqələr formatına da əl gəzdirilməlidir. Azərbaycanda olan Fransa şirkətləri tərəfimizdən ciddi təsir hiss etməli, eyni zamanda Fransa məhsullarına məhdudiyyətlər nəzərdən keçirilməlidir. Bunun Azərbaycanda ciddi mənfi təsiri olmayacaq. 35,6 milyard dollarlıq ticari dövriyyəmizin cəmi 245 milyon dolları Fransa ilə həyata keçirilir ki, ümumi dövriyyənin 0,6%-i deməkdir. Göründüyü kimi böyük çəkisi yoxdur. Amma Azərbaycanın bu addımı ilə Fransa hökümətinə bura ilə bağlı olan Fransa şirkətlərinin və bura mal ixracatçılarının mənfi "feedback"i yönəldəcək. Şəxsimizə gəlincə isə, bir mənalı olaraq Fransa senatının qətnaməsini pisləyir və onu qərəzli kağız parçası hesab edirik".

Anar Əliyev
Xəbəri paylaş