Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayden Polşaya raketin Rusiyadan atılmasını istisna edib

Bayden Polşaya raketin Rusiyadan atılmasını istisna edib


“Bunu (Polşaya raketlərin Rusiyadan buraxılması – red.) mübahisələndirən ilkin məlumatlar var. Biz hər şeyi araşdırana qədər bunu demək istəmirəm”.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden “Raketin Rusiyadan atıldığını söyləmək hələ tez deyilmi?” sualını cavablandırarkən bildirib.

“Trayektoriya nöqteyi-nəzərindən onun Rusiyadan buraxılması ehtimalı azdır, lakin baxacağıq”, - Amerika lideri əlavə edib.

Xatırladaq ki, İndoneziyanın Bali adasında ABŞ prezidenti Cozef Bayden və bir sıra dünya liderlərinin iştirakı ilə Polşanın Ukrayna ilə sərhədyanı bölgəsində raketin düşməsi ilə bağlı insidentlə əlaqədar görüş keçirilib.
Xəbəri paylaş