Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa Senatının qərarı sərhəddə vəziyyəti gərginləşdirəcək

Fransa Senatının qərarı sərhəddə vəziyyəti gərginləşdirəcək


Dünən Fransa Senatı qərəzli, heç bir əsası olmayan Azərbaycan əleyhinə qərar qəbul etdi. Sənədin qəbulunda 332 senator iştirak etdi, lehinə 295, əleyhinə isə 1 senator səs verdi. Bu da o deməkdir ki, uzun illər iki ölkə arasında aparılan işlər, dostluq münasibətləri, yatırılan investisiyalar nəticəsində Fransada cəmi 1 dost senator qazana bilmişik. Əslində, bu qətnamə Fransanın Azərbaycanda heç dostunun olmamasını göstərir.

Newscenter.az xəbər verir ki, bu fikirləri MMP-nın Siyasi Şurasının və İdarə Heyətinin üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, Senat, ölkəmizə qarşı sanksiyalarla bərabər, hətta qondarma “Artsax Respublikası”nı n müstəqilliyini tanımağa çağırdı. Beləliklə də, Fransa Senatının qətnaməsi Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdən asılı vəziyyətə saldı. Eyni zamanda Paşinyanın Fransa Senatına minnətdarlıq məktubu da göndərəcəyi gözləniləndir:

"Hesab edirəm ki, bu qərar Fransanın özünü erməni cəbhəsinin arxasındakı çirkli səngərə atdığının sübutudur. Heç şübhə yoxdur ki, Senatın qətnaməsi sərhəddə vəziyyəti gərginləşdirəcək. Buna görə də Azərbaycan həm siyasi, həm də sərhəd cəbhəsində həmişə olduğu kimi güclü dayanmalıdır".

M.İsmayılbəyli
Xəbəri paylaş