Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran etibarsız qonşu olaraq Azərbaycana qarşı riyakar davranır

İran  etibarsız qonşu olaraq Azərbaycana qarşı riyakar davranır


“Son günlər ərzində baş verən hadisələr və proseslər Azərbaycan ictimaiyyətində İran haqqında mənfi rəyin formalaşmasına səbəb olub. Bu gün artıq hər bir azərbaycanlı İranı etibarsız qonşu, riyakar dövlət, İslam dəyərlərinə xəyanət edən bir dövlət olaraq qəbul edir. Bütün bunlara səbəb isə odur ki, İran etibarsız qonşu olaraq 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, lakin reallıqda təcavüzkar Ermənistana dəstək verməklə, sülhün əldə edilməsini açıq-aşkar əngəlləməklə, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaqla ölkəmizə qarşı riyakar davranır, sərhəddə qoşun yığmaqla, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlir, açıq təxribatlar və güc tətbiqinə təhrik edir, İslam dəyərlərini görməzlikdən gələrək məscidlərdə donuz saxlayanları silahlandırmağa, gücləndirməyə cəhdlər edir”.

Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışan İranın siyasi xəttini əslində riyakarlıq və yalançılıq təşkil edir, hətta bu faktorlar dövlətin siyasi davranış konsepsiyasında da yer tutur:

“Sirr deyil ki, İran təkcə Azərbaycana qarşı riyakarlıq, ikiüzlülük etmir. Bu dövlət eyni zamanda ərəb ölkələrini də təhdid edir, İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin, Bəhreyn kimi dövlətlərin ərazisində imperialist işğala qarşı dayanmaq adı ilə öz maraqlarını qorumaq üçün silahlı qarşıdurmalara səbəb olur: “İranın “himayə etdiyi” Yəməndə, Bəhreyndə, Fələstində münaqişələrin 30-40 ildir ki davam edir, Suriyada və Livanda isə 10 illərdir xaos, dağıntı müşahidə olunur. Yoxsa, İran Azərbaycanı da bu münaqişələrin, dağıntıların, xaosların bir hissəsinə çevirmək istəyir? Bəlkə elə bu məqsədlə "humanitar yardım" paylamaq adı altında əhalisinin əksəriyyəti şiə məzhəbinə inanan Azərbaycanda din üzərindən siyasi təşkilatlanma həyata keçirib, dövlətimizə qarşı dini-siyasi qruplaşmalar yaratmağa cəhd edib? Yaxud, sərhədlərimizdə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi kapitulyasiya imzalamış Ermənistanın nəfəs almasına, sülh müqaviləsinin imzalanmasının və Zəngəzur dəhlizinin reallaşmasının qarşısının alınmasına hesablanıb?”.

“Əlbəttə, şübhə yoxdur ki, bu günün Azərbaycanı İranın bu cür hərbi avantüra və səmərəsiz əzələ nümayişi cəhdlərinin, bütün təhdidlərin qarşısını almağa, lazımi şəkildə cavab verməyə qadir bir dövlətdir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, son günlər ərzində Azərbaycan xüsusi xidmət orqanları tərəfindən İran agentura şəbəkəsinin ifşa olunması da bunu bir daha isbatlayır:

“Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyası adlanan təşkilatın üzvlərinin hüquq mühafizə orqanları tərəfindən ifşa olunması, həmçinin, onların İran tərəfindən dəstəklənən cinayət əməlləri bilavasitə İranın təxribat siyasətinin davamı və təzahürüdür. İranın Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə ölkəmizə dost desə də, faktiki olaraq bu münasibətlərdə səmimi deyil. İnformasiya təhdidləri və təxribatları ilə Azərbaycanın məkanına nüfuz etmək, vətəndaşlar arasında separatizm yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq və ölkə vətəndaşlarını müxtəlif şirnikləşdirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək bir daha İranın məkrli niyyətindən xəbər verir. Əgər İran dünya müsəlmanlarının təəssübkeşi və yaxşı qonşu olsaydı, Ermənistana qaz boru xətti çəkmək, yanacaq, silah, yardım, narkotik daşımaq, narkotik plantasiyaları yaratmaq, Qarabağda sökdüyü evləri tikinti materialları kimi aparmaq əvəzinə Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını tələb edərdi”.

R.Mehdiyeva
Xəbəri paylaş