Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Fransanın “Azadlıq, Bərabərlik, Qardaşlıq” devizi yalnız xristianlar üçün keçərlidir”

Könül Nurullayeva: “Fransanın “Azadlıq, Bərabərlik, Qardaşlıq” devizi yalnız xristianlar üçün keçərlidir”


Fransa tərəfindən Azərbaycan qüvvələrinin beynəlxalq səviyyədə tanınan ərazimizdən - “Laçın dəhlizi” kimi qeyd olunan ərazilərdən çıxarılmasına dair tələb həyasızlıqdır. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlikdir. Məsələ burasındadır ki, bu gün hətta Ermənistan belə bizdən bunu tələb etməyib və təbii ki, edə də bilməz. Amma Fransa bu yanaşma ilə erməni radikalların təsiri altına düşdüyünü etiraf etmiş olur.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki. onlarla dövlətin sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq və müharibə cinayətləri uzaq tarix deyil:

"Təkcə işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Ermənistan da “kiçik bacı” kimi müttəfiqinin ənənələrini davam etdirir. Aydındır ki, Fransa Senatının qəbul etdiyi qətnamələr qeydiyyata alınmazdan öncə Yelisey sarayına göndərilir və təsdiqlənir. Fransa prezidenti Emmanuel Makron isə bu dəfə də ənənəsinə sadiq qalaraq, parlamentin üzdəniraq qərar qəbul etməsindən öncə Azərbaycan Prezidentinə zəng edərək “Fransanın tərəfsiz vasitəçiliyi, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə töhfə vermək istəyi” mövzularında danışmaqla öz çirkin mahiyyətini gizətməyə çalışıb. Amma heç kimə sirr deyil ki, Senatın aşağı Palatasının qəbul etdiyi sənəd də əslində Yelisey Srayının sənədidir və bu, ilk deyil. Senat 25 noyabr 2020-ci ildə, parlamentin aşağı palatası olan Milli Assambleya isə 3 dekabr 2020-ci ildə Azərbaycan əleyhinə qətnamə qəbul edib".

Deputat diqqətə çatdırıb ki, Makronun hakimiyyətə gəlişindən sonra Fransanın “Azadlıq, Bərabərlik, Qardaşlıq” devizinin deqradasiyaya uğradığı, yalnız xristianlar üçün keçərli olduğu daha qabarıq şəkildə özünü büruzə verir. Bu ölkədə tüğyan edən irqçi, azərbaycanfob, türkofob və islamofob faktlar fonunda azadlıq kimi fundamental dəyərlərə münasibətdə selektiv yanaşma tətbiq olunur:

"Maraqlıdır ki, Azərbaycanla Fransa arasında 20 dekabr 1993-cü ildə “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb və son qətnamələr həm də bu müqaviləni pozur. Fransada yaşayan radikal erməni qrupları Azərbaycanın Parisdəki səfirliyinə qarşı dəfələrlə vandalizm əməlləri törədib, Fransa tərəfi bunun qarşısını almaq üçün heç bir tədbir görmür. Bu, açıq şəkildə erməni vandalizmini himayə etməkdir. Azərbaycana qarşı açıq düşmənçilik mövqeyidir".

Ruhiyyə
Xəbəri paylaş