Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin plenar iclasında büdcə müzakirələri başlayıb

Milli Məclisin plenar iclasında büdcə müzakirələri başlayıb


Milli Məclisin bu gün keçirilən plenar iclasında 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılıb.

Newscenter.az bildirir ki, "Report"un xəbərinə görə, büdcə zərfinə "2023-cü ilin dövlət büdcəsi haqqında”, " 2023-cü il üçün yaşayış minimumu haqqında”, "2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

İclasda Baş nazir Əli Əsədov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmilər iştirak edir.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gələn ilin dövlət büdcəsinin həm gəlirləri, həm xərcləri rekord həcmdə müvafiq olaraq 30, 7 milyard manat və 30,3 milyard manat məbləğində proqnozlaşdırılır:

“Dövlət büdcəsinin prioritetləri sosial müdafiə, təhsil, azad edilən ərazilərin bərpası və Böyük Qayıdışın həyata keçiriməsi və s. sahələrlə bağlı olacaq. Əminliklə deyə bilərik ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti gələn il büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasına imkan yaradacaq”, - o vurğulayıb.

Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 29 963 720,0 min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 530 714,0 min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində proqnozlaşdırılır.
Xəbəri paylaş