Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Odri Azulanın mədəniyyətsizliyinə MƏDƏNİ ETİRAZ

Odri Azulanın mədəniyyətsizliyinə MƏDƏNİ ETİRAZ


Məlum olduğu kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi barədə təşkilatın baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri olmuş Odri Azulaya məktub ünvanlayıb.

Mehriban Əliyevanın bu qərarını UNESCO-nun son 2 ildə Azərbaycan dövlətinin beynəlxaql hüquqi və ədaləti bərpa etməsindən sonra azad edilmiş ərazilərdə erməni vandalizminə qiymət verilməsi üçün israrlı müraciətlərinə laqeyd qalan UNESCO-nun sərgilədiyi ikili standartlara diplomatik-siyasi etiraz kimi səciyyələndirmək də mümkündür.
Əslində ötən illər ərzində biz həmişə bu təşkilatın Azərbaycana qarşı obyektiv və ədalətli münasibətinin şahidi olmuşuq. UNESCO-nun keşmiş rəhbəri Koişiro Matsuuranın Azərbaycanla yaxşı münasibətləri, Azərbaycan mədəniyyəti və incəsənətinə sonsuz etimadı unudulmamalıdır. Təşkilatla Azərbaycan arasında münasibətlərin dərinləşməsində təbii ki, Mehriban Əliyevanın müstəsna xidmətləri olub. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dünya mədəni irsinin qorunması və bərpasına misilsiz töhfələr verib, xüsusilə də Fransada dini-mədəni, tarixi abidələrin bərpasında əvəzedilməz xidmətləri vardır. Mehriban xanım Əliyevanın birgə təşəbbüsü ilə ötən illər ərzində Bakıda təşkil edilmiş beynəlxalq tədbirlərdə UNESCO-nun mötəbər şəxslərinin iştirakı, UNESCO-nun Baş qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi sözsüz ki, Azərbaycana yüksək etibar və etimadın nümunəsi sayılmalıdır.

Ancaq təəssüf ki, son illərdə dünyada siyasi münasibətlərdə ayrı-seçkiliyin və ikili standartlığın dərinləşməsi UNESCO-nun da fəaliyyətinə sirayət edibdir. Xüsusilə də Fransız əsilli Odre Azulenin təşkilatın rəhbəri olmasından sonra UNESCO müxtəlif qüvvələrin siyasi təsiri altına düşüb, Fransanın mövcud siyasi kursunun icraçılarından biri olan bu xanım sözsüz ki, Parisdəki erməni lobbisinin də sifarişlərinə xidmət etməkdədir. Öz postundan çirkin siyasi məqsədlər üçün istifadə edən Odre Azule Azərbaycana qarşı ziddiyyətli mövqe sərgiləməsi ilə yadda qalıb, Fransanın Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasına töhvə verib, açıq-aşkar dini zəmində ayrı-seçkilik edir.

Cənab Prezident İlham Əliyevin dəfələrlə müraciətinə baxmayaraq, UNESCO-nin missiyası Azərbaycanın işğaldan azad edilmiş ərazilərində darmadağın edilmiş mədəni-tarixi irslə tanış olmayıb. 2022-ci il fevralın 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Prezident İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə UNESCO-nun Azərbaycan və Ermənistana missiya göndərməsinə dair razılıq əldə edilsə də, bu təşkilatın missiyası süni vaxt uzatdı. Çünki azad edilmiş ərazilərə səfər zamanı erməni vəhşiliyinin, barbarlığının, mədəni soyqırımının vəziyyətinə dair hesabat hazırlamalıdır. Bu isə Fransa hökumətinin strukturuna çevrilmiş UNESCO-ya sərf etmir.
Bir sözlə, son iki ildəki davranışı ilə UNESCO ATƏT-in Minsk qrupunun saxtakar simasına oxşar mövqe sərgilədi.
Əlbəttə ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-dan öz mandatına uyğun olaraq obyektiv, ədalətli və vicdanlı yanaşma gözləyirdi. Ancaq təşkilatın bu qərəzli və riyakarlığı Mehriban xanım Əliyevanın Xoşməramlı səfiri adından imtina etməsinə səbəb olmalı idi və oldu.

Birinci Vitse-prezidentin bu prinsipial və düzgün tarixi qərarı UNESCO-nun öz adına xələl gətirəcək. Ölkəmizin təşkilatın işində fəal rolunu nəzərə alsaq Mehriban Əliyevanın Xoşməramlı səfir vəzifəsindən imtin etməsindən itirən də məhz UNESCO olacaq.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş