Noyabrın 15-17-si tarixlərində Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Yarışda 16 ölkədən 72 atlet çıxış edir.
Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Komandamızdan körpücük üzərinə son olaraq “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi Rahilə Hüseynzadə çıxıb. O, 76 kq çəki dərəcəsində yarışıb.
Newscenter.az-a Azərbaycan Ağır Atletika Federasiyasından bildirilib ki, atletimiz birdən qaldırma hərəkətində 82 kq-la və təkanla qaldırmada isə 97 kq-la 4-cü yeri tutub. Toplamda 179 kq (82+97) nəticə göstərən Rahilə Hüseynzadə yekun sıralamada 3-cü olaraq bürünc medala sahib çıxıb.
Azərbaycan yığması yarışı 6 medalla başa vurub. Rahilə Hüseynzadədən başqa Nazilə İsmayılova (Mərkəzi Ordu İdman Klubu) 49 kq çəki dərəcəsində 3 bürünc, Tehran Məmmədov (“Buta” Ağır Atletika Klubu) 67 kq çəki dərəcəsində və Ömər Cavadov (“Zirvə” Beynəlxalq İdman Klubları) 73 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində gümüş medal qazanıblar.
Oruc