Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Polşa ərazisinə raket atması Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi oldu

Rusiyanın Polşa ərazisinə raket atması Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi oldu


Rusiyanın Polşa ərazisinə raket atması Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi oldu. Söhbət ondan getmir ki, NATO hökmən adekvat addım atacaq və Rusiyaya cavab zərbəsi endirəcək. Elə Ukraynaya hücum silahları verilməsi kifayət edər.

Newscenter.az xəbər verir ki, bu fikirləri "Şəqr-Qərb" Analitik Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu səsləndirib. Politoloq daha sonra bunları qeyd edib:

"Qaldı Rusiyanın bunun guya, Ukraynanın təxribatı olması iddiasına, əvvəla, raketin haradan atıldığını və kimə məxsus olduğunu sübut etmək elə də çətin deyil, ikincisi onun nəyi hədəfə aldığı özü bir göstəricidir. Son məlumatlara inansaq, həmin raketlə Avropa Birliyindən Ukraynaya elektrik enerjisi verən magistral xəttin vurulduğu bildirilir. Xatırladım ki, dünən gün ərzində Ukrayna ərazisinə yüzdən çox raket atan rus ordusu da əsasən ölkənin enerji infrastrukturunu hədəfə almışdı".

Anar Əliyev
Xəbəri paylaş