Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Qətnamənin məzmunu qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırışdan ibarətdir. Həmçinin qətnamədə Azərbaycandan enerji daşıcıların (qaz, neft) ixracına embarqonun tətbiqi təklif edilir. Xatırladaq ki, düz 2 il əvvəl 2020-ci ilin noyabr ayında Fransa Senatı analoji qətnamə qəbul etmişdi.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən hüquqşünas Vüqar Dadaşov deyib ki, Fransa Senatının qəbul etdiyi növbəti anti Azərbaycan qətnaməsi də tövsiyə xarakteri olsa da rəsmi Paris üçün, daha doğrusu Makron iqtidarı üçün bir vasitə kimi istifadəyə olunacağı şübhəsizdir:
"Senatda məlum qətnamənin baxılmasına qədər Fransa prezidenti Makronun Azərbaycan prezidenti İlham Əliyevə zəng etməsi onu göstərir ki, Makron istədiyini ala bilmədiyindən sözü gedən qətnamə qəbul edilib. Belə çıxır ki, Makron şantaj dili ilə danışdığından şantajı başına vurulub, yerinə oturdulub. O da qəzəbindən məntiqsiz və əhəmiyyətsiz sənədin qəbuluna start verib. Ancaq Makron başda olmaqla bütün Fransa dövləti anlayır ki, belə könülbulandıran əhəmiyyətsiz sənədlərlə Azərbaycana heç bir təsir edə, bacısı Ermənistana, ermənilərə arxa dura bilməz. Düzdü, Fransa ara-sıra belə çıxışları ilə özünü fövqəlgüc kimi göstərməyə çalışsa da, gözəl bilir ki, qətnaməsi, qışqırığı dövlət rəmzi olan "xoruz"un bannamasından başqa bir şey deyil. (Cənab prezident İlham Əliyev sağ olsun).
Hər bir halda Fransanın bu addımı üzvü olduğu Avropa İttifaqının (Aİ) və ümumiyyətlə Qərbin Rusiya qazına alternativ axtardığı bir vaxtda, ümidi Azərbaycan olduğu halda və soyuq mövsümun başladığı zaman anti Azərbaycan demarşı əslində Aİ-na qarşıdır. Təbii ki, Fransa prezidenti Makron ölkəsində və bütün dünyada "kloun" və qeyri-ciddi "siyasətçi" kimi tanınan şəxsiyyətini Fransa dövlətinin nüfuzu ilə rəngləməyə çalışır. Bir mənalı, Makron Fransa dövlətinin və fransızların baş ağrısı, üz qarasıdır".
Vüqar Dadaşovun qənaətincə, maraqlısı odur ki, Makron iqtidarı hansı məntiqlə anti Azərbaycan mövqeyini tutur?
"Adətən, güclü sevgi olanda məntiqsizlik müşahidə olunur. Nəzərə alsaq ki, Fransa və Ermənistan özlərini "cüt bacı" adlandırır bu halda iki qadının sevgisi ancaq qeyri-ənənəvi ola bilər. Fransız və erməni sevgisinin qeyri-ənənəvi forması Makronun şəxsi həyat nümunəsi ilə eyni xarakterik mahiyyətdir. Fransa Senatın qəbul etdiyi qətnamənin Azərbaycan üçün heç bir hüquqi və siyasi qüvvəsi yoxdur və Azərbaycan dövləti Fransa düşmənçiliyini açıq müstəvidə davam etdirilməsi ilə öz siyasi manevr imkanları əldə etmiş olur və Cənubi Qafqaza digərlərinin siyasi təsir imkanlarını qapatmış olur. Bəli, siyasət həm tərəflərin yaratdığı imkanlardan öz məqsədi üçün istifadə etmək bacarığıdır".
Anar Əliyev