Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda partlayış olub, xəsarət alanlar var

İstanbulda partlayış olub, xəsarət alanlar var


Çərşənbə günü Türkiyənin şimal-qərbində, İstanbul şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, “Cumhuriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Fatih rayonunda saat 21:00 radələrində baş verib. Partlayışın ilkin səbəbinin qaz sızması olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları və tibb işçiləri göndərilib.
Xəbəri paylaş