Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran Məmmədov xatirə turnirində gümüş medal qazandı

Tehran Məmmədov xatirə turnirində gümüş medal qazandı


Noyabrın 15-17-si tarixlərində Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb. Yarışda 16 ölkədən 72 atlet çıxış edir.

Azərbaycan Ağır Atletika Federasiyasından Newscenter.az-a verilən xəbərə görə, onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Körpücük üzərinə Tehran Məmmədov çıxıb. O, 67 kq çəki dərəcəsində yarışıb. İdmançımız birdən qaldırma hərəkətində 126 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb. Tehran təkanla qaldırmada 147 kq nəticə ilə həm bu hərəkətdə, həm də toplamda 273 kq (126+147) ilə 4-cü pillədə qərarlaşıb.

Oruc
Xəbəri paylaş