Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumulikdə 7 nəfər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Newscenter.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Hindarx qəsəbəsində yaşayan Anar Mamedov saxlanılıb. Üzərində aparılan şəxsi baxış zamanı ondan təmiz çəkisi 415 qram olan güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.
Bundan əlavə rayonun Hindarx qəsəbəsində və digər ərazilərində aparılan ardıcıl tədbirlər nəticəsində daha 6 nəfər saxlanılıb. Onlardan ümumi çəkisi 1 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri davam etdirilir.
Mehman