"Azərbaycanın işğalçı Ermənistana qarşı, bir çox ölkələrin ehtimallarını pozan, qısa müddət ərzində dəqiq və peşəkar ordusunun, 44 günlük müharibədə parlaq qələbə çalması, Cənubi Qafqaza və ümumiyyətlə regiona özü ilə bərabər siyasi dəyişiklikləri də gətirəcəyi ehtimallarını artırmışdır. Artıq hiss ediləcək qədər hadisələr baş verməkdədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, regionda cərəyan edən geopolitik soyuq savaşdan qaynaqlanan münasibətlərə yenidən nəzər salsaq görərik ki, ölkəmizin bütün sahələrdə irəli çıxmasına və regional status kvonun nəticə olaraq Azərbaycanın xeyrinə dəyişməsi fonunda, bir çox ölkələr bərk narahat olmağa başlayıb:
"Bunların başında Fransa gəlir. Sanki, Fransa hökuməti erməni təəssübkeşliyi öhdəliyini, Rusiyanın başının qarışıq olması nədəniylə öz üzərinə götürüb. Heç bir beynəlxalq hüquqa əsaslanmayan qərarlara imza ataraq, dini və irqi ayrıseçkiliyə yol açır və bunu Türkiyə düşmənçiliyindən dolayı sözsüz ki, Avropa İttifaqı platformasına, özünə məxsus şəkildə, Ermənistan və separatçı rejimin himayədarı qismində daşıyacağı aydın görünür".
Çingiz Şahbazi deyib ki, Fransanın Praqa görüşündə iştirak etməsi, Brüssel platforması çərçivəsində keçirilən görüşlərdə əldə olunan razılaşmalara qarşı pozuculuq siyasətinin arxasında, məhz bu məsələnin, Avropa İttifaqı Prezidenti Şarl Mişelin missiyasını proseslərdən kənara çəkmək var və bu addımlar kiminsə sifarişini yerinə yetirmə cəhdi kimi görünür:
"Azərbaycan respublikasının Milli Məclisi bu gün, Fransa dövlətinin qərəzli qətnaməsinə öz münasibətini bildirib və hökuməti bir sıra ciddi addımlar atmaga çağırıb. Sözsüz ki, Fransanın dini və irqi ayrıseçkiliyə yol açan qərarları, Azərbaycan prezidenti tərəfindən Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının yüksək tribunalarından dunyaya çatdırılacaq. Onların bu addımı cavabsız qala bilməz.Onlar layiq olduğu cavabı alacaqlar".
Anar Əliyev