Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qusar sakinindən narkotik vasitə aşkarlanıb

Qusar sakinindən narkotik vasitə aşkarlanıb


Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Ramin Ramazanov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.

Mehman
Xəbəri paylaş