Şimali Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və az qala 30 ilə qədər işğalda saxlanılması ən çox Tehran dövlətinin maraqlarına xidmət edib. O da danılmaz faktdı ki, Azərbaycan ərazilərinin işğal edilməsi və işğalda saxlanılmasında Rusiya ilə bərabər məhz Tehran dövlətinin müstəsna xidməti olub. Azərbaycan ərazilərinin işğalda saxlanılması Tehran dövlətinin bütün milli, dövlət, ideoloji, psixoloji, siyasi, hərbi və iqtisadi maraqlarını özündə cəmləşdirirdi hərçənd ki, qeyd edilən amil və şərtlər bir-birilə sıx əlaqəlidir.
İşğal faktı ilə bağlı Tehran dövlətinin milli, dövlət, siyasi, hərbi və sair maraqları ilə yanaşı, onun iqtisadi maraqlarının təmin olunma imkanından məhrum edilməsi Tehran rejiminin Azərbaycana qarşı tarixi və genetik düşmənçiliyin güclənməsinə təsir edib.
Azərbaycan ərazilərinin işğal dövründə Tehran dövləti ilə 130 km uzunluqda sərhədlərimizə nəzarətimizin itirilməsi Tehran dövlətinin bu ərazilərdən Ermənistan vasitəsi ilə beynəlxal narkotrafik kanalı kimi istifadə etməsi ilə ona milyardlarla dollar qazandırırdı. Fakt barəsində, işğal altında olmuş ərazilərimizin beynəlxalq narkotrafik koridoru kimi istifadə olunmasını Azərbaycan prezidenti cənab İlham Əliyev MDB-nin sammitində də qeyd etmişdi. Nəzərə alsaq ki, Tehran dövlətinə qarşı uzunmüddətli beynəlxalq sanksiyaların, o cümlədən iqtisadi sanksiyaların tətbiqi fonunda Tehran dövləti üçün işğalda olmuş Azərbaycan ərazilərindən narkotrafik kanalı kimi istifadəsi necə həyatı əhəmiyyət kəsb etməsini anlamaq heç də çətin deyil.
Xüsusi ilə qeyd etmək lazımdır ki, Tehran rejimi dövlət səviyyəsində narkotik tranzitini, istehsalını və bundan həm iqtisadi və həm də siyasi maraqlarını təmin etmək məqsədi ilə narkotikin qeyri-qanuni dövriyəsini təşkil edən tək bir dövlətlərdəndir. Avropada tutulmuş, dövriyyədən çıxarılmış min tonlarla narkotikin 99%-nin Tehran dövlətinin iştirakı və tranziti ilə başa gəldiyi sübut edilmişdir və fakla bağlı yüzlərlə cinayət işləri başlanılmışdır. Göründüyü kimi Tehran dövləti bütün bəşəriyyətə, insanlıq əleyhinə qarşı dövlət səviyyəsində cinayət edib və etməkdədir. Təkcə bir fakt, Azərbaycan işğal dövründə 130 km uzunluqda nəzarətsiz qalmış sərhədlərinə nəzarəti bərpa etdikdən sonra narkotrafik kanalından məhrum olmuş Tehran dövlətindən Azərbaycan ərazilərinə kömrük vasitəsilə narkotik həcmi və keçirmə cəhdləri 100% artıb.
Ən dəhşətlisi də odur ki, Tehran dövləti narkotik adlı bəladan Azərbaycan xalqına qarşı kütləvi qırğın silahı, vasitəsi kimi istifadə edir. Tehran dövlətinin xüsusi xidmət orqanlarının planlı olaraq narkotikin öz ərazilərindən maneəsiz Azərbaycan ərazilərinə keçirilməsini, onun Azərbaycan ərazilərində geniş yayılmasını, gənclərimizin və hətta məktəblilərin narkotikə cəlb edilməsini ən murdar üsullarla təşkil etməkdə təkzibedilməz saysız faktlar mövcuddur.
Yeri gəlmişkən, Çin dövləti də yerli Uyğur türklərinə qarşı, gənclərinə qarşı narkotiki milli kimliyin, türk etnosunun məhv vasitəsi kimi istifadə edir. Bir mənalı, Çin dövlətinin yerli uyğurlara qarşı həyata keçirdiyi dövlət proqramları faktiki olaraq soyqırımdır və ABŞ da daxil olmaqla bir sıra ölkələr Çinin uyğurlara qarşı dövlət siyasətini soyqırım adlandırıb.
Fars molla rejimi Azərbaycan xalqına, xüsusəndə gənc nəsilə qarşı narkotik virusu ilə amansız müharibə aparır, faktiki olaraq isə soyqırıma cəhd edir. Ən ağrılısı da odur ki, Tehran molla fars rejiminə bilərəkdən, bilməyərəkdən xidmət edən öz vətəndaşlarımız da var hansı ki, Azərbaycan xalqına qarşı amansız müharibədə vətəninə, xalqına xəyanət edirlər. Tehran dövlətinin Azərbaycan xalqına qarşı hər üsuldan istifadə etdiyi müharibə hələ davam edir, ayıq-sayıq olmaq sə bizim hər-birimizin çox məsuliyyətli vəzifəmizdir.
Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas