“Fransa Senatının məlum ədalətsiz qərarı bu ölkənin Azərbaycana qarşı düşmən mövqedə dayandığının göstəricisidir”.
Bu fikirləri Newscenter.az-a səsləndirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynov deyib ki, sözügedən ölkə tarixən Azərbaycana qarşı qərəzli, ədalətsiz davranışlar ortaya qoyub: “Ən yaxın tariximizdə, 44 günlük Vətən müharibəsində də açıq-aydın şəkildə gördük ki, Fransa ciddi cəhdlə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə mane olmağa çalışırdı”.
Partiya sədri diqqətə çatdırıb ki, Senatın qətnaməsi beynəlxalq hüquq və prinsiplərin pozulması ilə yanaşı, Avropa dəyərlərinin də ayaqlar altına atılması deməkdir:
“Görünən odur ki, Fransanın timsalında Avropa dəyərləri artıq deqradasiyaya uğrayır”.
Ramil Hüseynov hesab edir ki, rəsmi Parisin bu qərəzli addımı ümumilikdə demokratik dəyərlərə və Avropa ənənələrinə tamamilə ziddir.
Anar Əliyev