Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Milli Məclisdə olub

ABŞ Dövlət Departamentinin nümayəndəsi Milli Məclisdə olub


Noyabrın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ Dövlət Departamentinin nümayəndəsi Cameron Millard ilə görüşüb.

Newscenter.az-a Milli Məclisdən bildirilib ki, qonaqları salamlayan Səməd Seyidov Azərbaycan və ABŞ arasında münasibətlərdən danışaraq, ölkəmizin regionda sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Regionda mövcud vəziyyətlə bağlı məlumat verən komitə sədri Azərbaycan dövlətinin sülh uğrunda apardığı təşəbbüslərdən danışıb. Vurğulayıb ki, Azərbaycan region ölkələri ilə münasibətləri normallaşdırmaqda və sülh şəraitində qonşuluq münasibətləri qurmaqda maraqlıdır.

Arzu
Xəbəri paylaş