“Azərbaycan nəhayət İsraildə səfirlik açmağa qərar verdi, Fələstində isə təmsilçilik olacaq. Balans qorundu”
Bu fikirləri Newscenter.az-a politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Azərbaycanın həm İsraillə, həm də Fələstinlə tərəfdaşlıq münasibətləri mövcuddur:
“Rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını Tehranın Azərbaycana qarşı artan təxribatları da sürətləndirdi. Rəsmi Bakının İsraildə səfirlik açmaq qərarına qonşu ölkənin siyasətçiləri və dindarları yenə təxribatçı açıqlamalarla reaksiya verəcəklər. Cavabımız sadədədir: “Hansı ölkədə səfirlik açmaq məsələsi Azərbaycanın daxili işidir”. Necə ki, rəsmi Bakı İranın Qafanda konsulluq açılması qərarına qarışmadı, halbuki, bu birbaşa Azərbaycan əleyhinə atımış addım idi, eləcə də Tehranın Azərbaycanın İsraildə səfirlik açmasına qarışma hüququ yoxdur”.
Anar