“Bütöv Azərbaycan Ocaqlar olaraq daim dövlətçilik məsələsində, dövlətimizin yanındayıq, onun təhlükəsizliyinin təmini məsələsində həmişə mövqeyimizi ortaya qoymuşuq”.
Bu fikirləri Newscenter.az-a Bütöv Azərbaycan Ocaqlarının xarici əlaqələr şöbəsinin müdiri Faiq Ələkbərli səsləndirib. O bildirib ki, bu günlərdə Bütöv Azərbaycan Ocaqlarının baş tutan toplantısında da təşkilat olaraq mövqeyimizi ifadə etmişik:
“Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinin yüksək səviyyədə qorunmasından yanayıq. Mümkündür ki, burada bir çox ölkənin, Ermənistan, yaxud Rusiyanın casus şəbəki olsun. Bu günlərdə İranın casus şəbəkəsinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən zərərsizlışdirilməsi də bunun əyani sübutudur. Əminik ki, Azərbaycanda özünə yuva salmağa çalışan bütün casus şəbəkələri zərərsizləşdirilərək sıradan çıxarılacaq”.
BAO rəsmisi hesab edir ki, yaxın vaxtlarda dövlətin müvafiq qurumlarının məqsədyönlü fəaliyyəti ilə biz bu problemi tamamilə aradan qaldıracağıq.
Mehman