Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada yalnız iki diaspora güclərindən istifadə edərək..... -ÖZƏL

Dünyada yalnız iki diaspora güclərindən istifadə edərək.....


Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə cəmiyyətdə belə bir fikir formalaşdırıb ki, Azərbaycan diasporu hələ də yerində sayır və dünyada təsir gücünə malik deyil. Bəs, görəsən belə olan halda hansı addımları atmaq lazımdır və hazırda dünyada əsas güclü diasporası olan ölkələr hansılardır?

Tarixçi Rəfail Eminov Newscenter.az-a bildirib ki, dünyada yalnız iki diaspora, yəhudilər və ermənilər güclərindən istifadə edərək ulus dövlətini yarada biliblər. Onun sözlərinə görə, bu dövlətlərim başqa dövlətlərdən fərqi odur ki, onlarda hakimiyyətin mənbəyi ulusda yaşayanlarla yanaşı diasporada yaşayanlarda hesab olunur:

"Diaspora hegemon güclərin, yaratdıqları ulusa güclü təzyiq göstərməsinin qarşısını alır və onlara arxa duraraq kömək edir. Fransada hələ 30 il bundan əvvəlki məlumatlara görə 5 milyon erməni əsilli vətəndaş yaşayırdı. Təbii ki, Fransa erməni mövqeylərindən çıxış edəcəkdir".

Anar Əliyev
Xəbəri paylaş